15 aprel 2013 00:36
Arif İsayevin Denizlisporda növbəti qolu (VİDEO)
Xəbər verdiyimiz kimi, azərbaycanlı futbolçular Rail Məlikov və Arif İsayevin çıxış etdiyi Türkiyənin Birinci Liqa təmsilçisi “Denizlispor” növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, 30-cu tur çərçivəsində “Karşıyaka”nı qəbul edən həmyerlilərimizin komandası, məğlubiyyətlə üzləşib – 1:2. Arif İsayev sözügedən qarşılaşmada da qol vurub. Amma bu, onun komandası üçün ancaq təsəlli olub.
