14 aprel 2013 21:40
Ruslan Abışov yenə debüt edə bilmədi, Rubin xal itirdi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun yeni klubu “Rubin” bu tur “Rostov”la üz-üzə gəlib.
Qarşılaşma Kazanda keçirilirdi. Bu üzdən də Kurban Berdiyevin yetirmələrini yalnız qələbə qane edəcəkdi. Lakin həmyerlimizin komandası bu istəyinə çata bilməyib və qarşılaşma 1:1 hesabıyla başa çatıb. "Rubin"in yeganə qoluna Gökdeniz Karadeniz imza atıb.
Abışov bu oyunda Rusiya Premyer Liqasında debüt edə bilərdi. Lakin o, bu istəyinə yenə də çata bilməyib. Abışov matçın iştirak ərizəsinə salınsa da, meydana buraxılmayıb.
Qeyd edək ki, 23 turdan sonra “Rubin” 40 xalla 4-cü yerdə gedir.
Rusiya Premyer Liqası
24-cü tur
14 aprel
Rubin - Rostov - 1:1
