15 aprel 2013 11:25

Arif İsayev: Azarkeşlər də mənim əsas heyətdə oynamağımı istəyirlər

Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı yarımmüdafiəçisi Arif İsayevin azerisport.az saytına müsahibəsi
 
- Artıq ardıcıl ikinci oyundu qol vurursuz. Bu yüksəlişiniz nə ilə bağlıdı?
- Bu, məni sevindirməyə bilməz. Amma təəssüf ki, hər iki oyunda komandam məğlub olub. Daha yaxşı olardı ki, bu qollar komandama hansısa uğur qazandırardı, ən azından uduzmazdıq.

- Dənizlidə ardıcıl iki oyunda qol vurmağınız necə qarşılanmaqdadı?
- Sosial şəbəkələrdə azarkeşlər daim dəstək nümayiş etdirirlər. Bu qollara görə də təbriklər gəlməkdədi. Hətta komandanın uğursuz nəticələrinə rəğmən, azarkeşlərin mənə qarşı münasibəti normaldı. Şəhərdə məni sevdiklərini deməklə yəqin ki, heç nəyi şişirtmiş olmuram. Onlar hətta mənim əsas heyətdə oynamağımı istəyirlər.
 
- Yeri gəlmişkən, ilk qolunuzdan sonra sizi bu dəfə əsas heyətdə meydana buraxacaqları gözlənilsə də, bu, baş vermədi?
- Mən də bunu gözləyirdim. Təkcə qol vurduğuma görə yox. Bütövlükdə, hazırda pis formada olduğumu düşünmürəm. Amma məşqçimiz fərqli qərar verdi. İstənilən halda onun qərarına hörmətlə yanaşıram. Növbəti oyunları gözləyəcəm.
 
- “Denizlispor”un son uğursuzluqları nə ilə bağlıdı?
- Biz o qədər də pis oynamırıq. Komandanı sadəcə dəhşətli dərəcədə bəxtsizlik bürüyüb. Hətta lider “Erciyesspor”la oyunda da üstünlük bizim tərəfimizdə idi. Amma yenə də məğlub olduq.
 
- Son oyunda Rail Məlikov niyə forma geymədi?
- Onun zədəsi var idi. Heç onun bu oyuna sifariş olunacağını gözləmirdik.

- Qollar vurmağa davam etsəz, başqa klublara keçməyiniz də istisna olmayacaq...
- Mümkündü. Railin də, mənim də əsas missiyam ondan ibarətdi ki, daha yaxşı çıxış edib, özümüzü göstərək. Lakin bunun üçün inkişaf etmək lazımdı. Əgər hər şey yaxşı olsa, Premyer Liqaya qayıtmamağa çalışacağam.
 
- Əgər imkanınız olsaydı, son uğurlarınızla bağlı Berti Foqtsa zəng edib nəsə deyərdinizmi?
- O, özü soruşsa, təbii ki, məlumat verərdim. Azərbaycan yığmasına qayıtmağı çox istəyirəm. Amma çağırmasa da, şikayət etməyəcəm. Çünki məni milliyə məhz Berti Foqts aparıb. Onun rəhbərliyi altında debüt etmişəm. Yığmaya uzun müddətdi çağırılmamağımın günahı özümdədi. Çünki vaxtilə “Qəbələ”də uğurlu çıxış etmirdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.