15 aprel 2013 11:48
Barcelona prezidentliyinə namizəd oldu, Xəzər Lənkərana gəldi (FOTO)
“Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Con Bencamin Toşakın yeni köməkçisi təyin olunub. Azerisport.az xəbər verir ki, 30 yaşlı Aleksis Plaza Anqulo əfsanəvi holland futbolçu və futbol funksioneri Yohan Kroyff tərəfindən “Klub idarəetməsi” diplomu ilə təltif olunub və 2010-cu ildə “Barcelona” futbol klubuna prezident seçkiləri zamanı prezidentliyə namizəd olub.
Plazanın son iş yeri İspaniyanın “Sant Andreu” futbol klubun olub. Aleksis Plaza ilə iki illik müqavilə bağlanılıb.
