15 aprel 2013 12:03
Neftçi - Qarabağ, Bakı - Xəzər Lənkəran duelləri rəqəmlərin gözündə
Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, iki qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı hər 2 cüt əvvəllər dəfələrlə bu yarışda üz-üzə gəlib.
“Neftçi” ilə “Qarabağ” isə ümumiyyətlə ölkə kuboku tarixində ən çox qarşılaşan komandalardı. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı 1/2 finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
17 aprel (çərşənbə)
Azərbaycan Kuboku
1/2 final, ilk oyunlar
“Neftçi” - “Qarabağ”
+4=4-7, top fərqi – 11:9
+4=4-7, top fərqi – 11:9
9-cu dəfə kubokda yolları kəsişən rəqiblərin duellərində 5 dəfə “Qarabağ”, 3 dəfə “Neftçi” mərhələ adlayıb. Bunların birində bakılılar yarışda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün “Qarabağ” mərhələnin qalibi sayılıb. İndiyədək yalnız bir dəfə onların dueli indiki kimi yarımfinala təsadüf edib. 7 il əvvəl mərhələni 1 qolla keçən ağdamlılar sonda kuboka yiyələnib.
|
1993
|
1/4 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
2:1, 0:0
|
|
1993/94
|
1/4 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)*
|
+:-, +:-
|
|
1995/96
|
final
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)**
|
3:0
|
|
1996/97
|
1/4 final
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
3:2, 0:1
|
|
1998/99
|
1/8 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
0:2, 0:0
|
|
2005/06
|
1/2 final
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
0:0, 0:1
|
|
2006/07
|
1/8 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
1:2, 1:0
|
|
2008/09
|
1/4 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
1:0, 0:0
|
* - texniki nəticələr top fərqində nəzərə alınmayıb.
** - final oyunları neytral meydanda keçirilib.
“Bakı” - “Xəzər Lənkəran”
+4=1-2, top fərqi – 8:7
+4=1-2, top fərqi – 8:7
Kubokda 5-ci dəfə bir-birinə rəqib olan komandaların hərəsi 2 dəfə cütün qalibi olub. 2 il əvvəl də yarımfinalda baş tutan qarşılaşmaların qalibi “Xəzər Lənkəran” olmuşdu. Həmin vaxt cənublular mərhələni səfər qolu ilə keçmişdi.
|
2006/07
|
1/4 final
|
Bakı - Xəzər-Lənkəran
|
0:2, 1:0
|
|
2008/09
|
1/4 final
|
Xəzər-Lənkəran - Bakı
|
0:1, 2:2
|
|
2009/10
|
final
|
Xəzər-Lənkəran – Bakı**
|
1:2
|
|
2010/11
|
1/2 final
|
Xəzər Lənkəran - Bakı
|
1:0, 1:2
|
** - final oyunları neytral meydanda keçirilib.
