16 aprel 2013 00:35

Azərbaycanlı futbolçular baş məşqçisiz qaldılar

Futbol üzrə Türkiyənin PTT Birinci Liqasında mübarizə aparan “Denizlispor” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Dənizli klubunun çalışdırıcısı Selahettin Dervent son turun “Karşıyaka” ilə oyunundakı məğlubiyyətdən (1:2) sonra istefa qərarını açıqlayıb.
 
Ardıcıl uğursuzluqlara görə istefa verən baş məşqçinin bu qərarını rəhbərlik də müsbət cavablayıb. Bu barədə məlumatı “Denizlispor”un rəsmi saytı da təsdiqləyib. Klub rəhbərliyi Derventə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Hələlik Dənizli klubuna bundan sonra kimin rəhbərlik edəcəyi dəqiq bilinmir.
 
Maraq üçün qeyd edək ki, “Denizlispor”da iki azərbaycanlı futbolçu – müdafiəçi Rail Məlikovla yarımmüdafiəçi Arif İsayev də çıxış edir. Məlikov artıq mövsümün əvvəlindən etibarən komandanın əsas heyət oyunçularından birinə çevrilib. Arif isə məhz Derventin dönəmində bu komandaya cəlb olunmuşdu. Arif son iki oyunda sonradan meydana daxil olmaqla qollar da vurmağa imkan tapıb. Onların yeni baş məşqçinin dövründə hansı aqibəti yaşayacağı maraq doğurur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.