15 aprel 2013 13:16
Bakı – Atletico matçına əcnəbi jurnalistlər də gələcək
Məlum olduğu kimi, aprelin 30-da İspaniyanın “Atletico” klubu ilə “Bakı” arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, həmin qarşılaşmanı işıqlandırmaq üçün Bakıya əcnəbi jurnalistlər də təşrif buyuracaqlar.
Belə ki, artıq “Atletico” ilə yanaşı ölkəmizə azı 20 jurnalistin gələcəyi dəqiqdi. Madrid klubunun futbolçu və məşqçi heyəti ilə yanaşı, rəhbər şəxsləri də Bakıya gələcəklər.
Qeyd edək ki, “Bakı” – “Atletico” matçı aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
