16 aprel 2013 01:37
Adrian Pit: Bunu Toşakdan soruşun
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pitin azerisport.az saytına müsahibəsi
- “Bakı” ilə kubok oyununa hazırlıqlar necə gedir?
- Hər şey yaxşıdı. Normal rejimdə hazırlaşırıq. Baxmayaraq ki, itkilərimiz də var. Məsələn, Alvaro Silva. Amma heyətimizdə hər bir itkini əvəzləyə biləcək futbolçularımız var.

- “Bakı” son oyunlarda kifayət qədər yaxşı təsir bağışlayır. Bu, sizi qorxutmur?
- Onların çıxışını izləmirəm. Biz ilk növbədə öz oyunumuza baxmalıyıq. Əlbəttə, rəqibin nə qədər güclü olduğunu bilirik. Heyətlərindən də xəbərdarıq. Amma biz hər şeyə rəğmən, qələbə qazanmağa çalışacağıq.

- “Bakı”nın heyətində keçmiş qapıçınız Kamran Ağayev çıxış edir...
- Mən həmişə demişəm ki, Kamran Azərbaycanın ən yaxşı qapıçısıdı. Onun nə qədər yaxşı olduğunu hamı bilir. Amma elə alındı ki, o, “Xəzər Lənkəran”ı tərk etdi. Futbolda belə şeylər olur.
- Yəqin ki, onun güclü və zəif yönlərini yaxşı bilirsiz...
- Fikrimcə, biz indi daha çox bütün komandaya qarşı hazırlaşmalıyıq, tək bir oyunçuya qarşı yox.
- Komandanızın finala çıxmaq şansını necə qiymətləndirə bilərsiz?
- Şanslar bərabərdi. Hər şey ola bilər. Biz qələbəyə oynayacağıq. Necə alınacağını zaman göstərəcək.

- İlk oyun səfərdədi. Bu, sizin üçün üstünlükdü?
- Bilirsiz ki, kubok oyunlarında səfərdə qol vurmaq çox vacibdi. Amma qol buraxmamaq da vacibdi. Oud ki, sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməliyik.

- Yeni baş məşqçiniz – Con Toşakla işləmək necədi?
- Çox yaxşı məşqçidi. Öz işinin peşəkarıdı. Bu, çox vacibdi. Lakin hər şeyin qaydasına düşməsi üçün vaxta ehtiyacımız var. Oyunçular çox çalışırlar. Amma hələlik alınmır.

- Komanda yeni baş məşqçiyə alışıb? Onu başa düşürsüz?
- Bəli, artıq onun bizdən nə istədiyini başa düşürük. Lakin dediyim ki, hələlik hər şey istədiyimiz kimi alınmır. Zamanla hər şey düzələcək.

- Son üç oyunda komandanız iki heç-heçə edib, bir qələbə qazanıb. Belə oyunun səbəbi nədi?
- Bunu baş məşqçidən soruşmağınız daha yaxşı olardı. Mənimçün bir futbolçu kimi öz oyunumu sərgiləmək daha vacibdi. Sadəcə onu deyə bilərəm ki, adi vəziyyətlərdə çoxlu səhvlərə yol veririk.

- Bu, motivasiya azlığı ilə nə dərəcədə bağlıdı? Axı komanda ikinci altılıqda çıxış edir...
- Başqalarını deyə bilmərəm, amma mən hər oyuna böyük motivasiya ilə çıxıram. Düşünürəm ki, bütün komanda da uğur qazanmaq üçün əlindən gələni edir.