15 aprel 2013 13:47
Aleksandr Şoliç: Bakı XL-la ilk oyunda qol vurub, buraxmamalıdı
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliçin azerisport.az saytına müsahibəsi
- “Qəbələ” ilə son oyun barədə nə deyə bilərsiz?
- Oyun bir qədər çətin alındı. Xoşbəxtlikdən, sonda bir qol vurmağı bacardıq və məğlubiyyətdən qaçdıq.
- Oyun bir qədər çətin alındı. Xoşbəxtlikdən, sonda bir qol vurmağı bacardıq və məğlubiyyətdən qaçdıq.
- Yəqin ki, bu qol həm də növbəti oyun öncəsi komandanı psixoloji cəhətdən ağır zərbə almaqdan xilas etdi...
- Bəli, bu, belədi. Bizim çox qol vəziyyətimiz oldu. Sadəcə, onlardan yararlana bilmədik. Qol vurmayana da vururlar. Necə ki, bu oyunda bizim başımıza gəldi.
- Qarşıda “Xəzər Lənkəran”la kubokun yarımfinal oyunu var. Yəqin ki, bu oyun sizin üçün çempionat görüşlərindən daha vacibdi...
- Təbii ki, bizim üçün kubok görüşləri daha vacibdi. Biz finalın biraddımlığındayıq. Qələbə üçün bütün gücümüzü qoymalıyıq.
- Con Toşakın gəlişindən sonra da “Xəzər Lənkəran”da ciddi dəyişiklik diqqət çəkmir. Bunu nəzərə alsaq, demək olar ki, “Bakı” üçün finala çıxmaqda ciddi problem olmayacaq?
- Qətiyyən. Başa düşürəm ki, çoxları indiki halda bizi “Xəzər Lənkəran”dan daha şanslı sayır. Amma bu, belə deyil. Çünki onlar üçün də bu oyun həlledici xarakter daşıyır.
- Qətiyyən. Başa düşürəm ki, çoxları indiki halda bizi “Xəzər Lənkəran”dan daha şanslı sayır. Amma bu, belə deyil. Çünki onlar üçün də bu oyun həlledici xarakter daşıyır.
- İlk oyunun Bakıda keçirilməsi rəqib üçün daha əlverişlidi, sizin üçün?
- Mümkündü ki, müəyyən qədər həyəcan var. Çünki ilk oyunda qol vurub, buraxmamalıyıq. Lakin istənilən halda hər iki oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Mümkündü ki, müəyyən qədər həyəcan var. Çünki ilk oyunda qol vurub, buraxmamalıyıq. Lakin istənilən halda hər iki oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Digər yarımfinal cütündə “Neftçi” ilə “Qarabağ”ın duelindən nə gözləyirsiz?
- Öncədən kimin qalib gələcəyini demək çətindi. Düzdü, çempionat oyununda “Qarabağ” bu rəqibinə ardıcıl məğlubiyyətlər yaşadıb. Amma bu, kubok görüşüdü. İstənilən nəticə qeydə alına bilər.
- Öncədən kimin qalib gələcəyini demək çətindi. Düzdü, çempionat oyununda “Qarabağ” bu rəqibinə ardıcıl məğlubiyyətlər yaşadıb. Amma bu, kubok görüşüdü. İstənilən nəticə qeydə alına bilər.
