15 aprel 2013 14:04
Xəzər Lənkəranda 75-ci sülh
Topaz Premyer Liqasının XXVI turunun “Turan”la oyunundakı heç-heçə “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, bu qarşılaşmadakı 2:2 komandanın Azərbaycan çempionatlarında 75-ci bərabərliyidi.
Premyer Liqadaki 9-cu mövsümündə 259-cu matçına çıxan “ağ-yaşıllar” bu görüşədək 74 dəfə “sülh” bağlamışdı.
Maraqlıdır ki, bu oyunadək heç-heçələrin yarısı evdə, yarısı səfərdə qeydə alınmışdı. Evdə 37 bərabərliyi olan “Xəzər Lənkəran” səfərdə 38-ci dəfə 1 xal qazanmaqla bu bərabərliyi pozdu.
“Xəzər Lənkəran” 2010/11 mövsümündə daha çox heç-heçə edib – 12 dəfə. 2009/10 mövsümündə 11, 2007/08-də 10, cari çempionatda və 2005/06-da 9, 2011/12-də 8 “sülh” qeydə alınıb. 2004/05 – 6, 2006/07 və 2008/09 mövsümlərində isə cəmi 5 bərabərlik olub.
Baş məşqçilər arasında daha çox heç-heçə Ağasəlim Mircavadova məxsusdur – 26. Digər mütəxəssislərdən Mirça Rednik 16. Yunis Hüseynov 7, Viktor Pasulko 6, Rasim Kara 5, Nazim Süleymanov 4, İqor Ponomaryov 3, Karles Martorell, Con Toşak hərəyə 2, Emin Quliyev, Hafiz Əliyev, Şenol Fidan, Cüneyt Biçər hərəyə 1 bərabərlik görüb.
“Xəzər Lənkəran” 19 rəqibi ilə bərabərə qalıb. Komanda daha çox paytaxt klubları ilə heç-heçə edib. “İnter”lə 12, “Bakı” ilə 11, “Neftçi” ilə 10 dəfə “sülh”ə imza atan “ağ-yaşıllar” digər 16 komandadan heç biri ilə 5 dəfədən çox heç-heçə etməyib: “Simurq” 5, “Turan”, AZAL, “Qarabağ”, “Qəbələ” 4, “Karvan”, “MKT Araz”, “Rəvan”, “Standard” 3, “Göyəzən”, “Sumqayıt” 2, “Kəpəz”, “Gənclərbirliyi”, MOİK, “Muğan” və ABN 1.
