15 aprel 2013 15:09
Fomenko hamıdan çox qaçıb
Xəbər verdiyimiz kimi, “İnter” İnStat Football şirkətilə olan əmakdaşlığı daha da möhkəmləndirib və indi həmin şirkət bu kluba futbolçularının fiziki fəallığı haqqında məlumatlar verir. Azerisport.az xəbər verir ki, şirkət oyunçuların fərdi göstəricilərini həm ev, həm də səfər oyunlarında müəyyənləşdirir və sonradan bu məlumatları rəsmi şəkildə kluba təqdim edir.
"İnStat Football" şirkətinin məlumatına görə, “Qarabağ” - “İnter” oyununda “bankirlər”in futbolçuları 113,5 kilometr məsafə qət ediblər. Bu matçda komandanın heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:
1. Yuri Fomenko 12569 m.
2. İlia Kandelaki 11287 m.
3. Ruslan Əmircanov 11218 m.
4. Slavço Georgiyevski 10985 m.
5. Asif Məmmədov 10478 m.
