15 aprel 2013 16:07
Neftçi rəqiblərini Sərhədçidə qəbul edə bilər
Xəbər verdiyimiz kimi, “Neftçi” futzal klubu Konstantin Yeryomenko adına Birinci Avrasiya Kubokunda çıxış etməyə hazırlaşır. Azerisport.az saytına bu barədə məlumat verən AFFA-nın kuratoru Asim Xudiyev hətta mini turnirin Bakıda keçirilməsini də mümkün sayır:
“Biz bu kubokun mini turnirlərindən birini keçirməkdə də maraqlıyıq. Amma hələ bunu razılaşdırmaq lazımdı. Həmin oyunların “Sərhədçi”də keçirilməsini təşkil edə bilərik. Hər halda bununla bağlı bütün məsələləri müzakirə edəcəyik”.
Qeyd edək ki, Birinci Avrasiya Kubokunda Azərbaycan, Rusiya, Latviya, Qazaxıstan və Ukraynadan olan klublar mübarizə aparacaqlar. Qrup mərhələsinin oyunları iki dövrədən ibarət olmaqla noyabr-dekabr aylarında fərqli ölkələrdə keçiriləcək. Gələn ilin mart ayında isə dördlər finalı baş tutacaq. Azərbaycanı turnirdə “Neftçi” təmsil edəcək.