15 aprel 2013 16:28
Bakı – Atletico matçı üçün 30 min bilet!
“Bakı” İspaniyanın “Atletico” klubuna qarşı keçirəcəyi yoldaşlıq oyununun biletlərini satışa çıxarmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu reklam xarakterli qarşılaşma üçün 30 000 bilet satışa çıxarmağı planaşdırır.
Qiymətlər 3-4 kateqoriyaya bölünəcək və sektorlardan asılı olaraq dəyişəcək. Biletlər oyuna bir həftə qalmış satışa buraxılacaq.
Qeyd edək ki, “Bakı” – “Atletico” matçı aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.
