15 aprel 2013 17:04
Petrkeviç: Azərbaycan pasportu almaq o qədər də asan deyil
Azerisport.az sizi “Simurq”un qapıçısı David Petrkeviçin müsahibəsi ilə tanış edir.
- Zaqataladakı yaşayışınız necədi?
- Biz əsasən klubun bazasında yaşayırıq. Demək olar ki, bütün günü birgə keçiririk. Üç futbolçu Zaqataladandı. Ona görə onların öz evləri var. Amma məşqçilər də daxil olmaqla qalan bütün oyunçular daim bir yerdədilər.

- Boş vaxtlarınız olur?
- Adətən, məşqlər axşam saatlarında keçirilir. Hərdən istirahət günlərimiz olur və həmin günlərdə ya Bakıya, ya da Tiflisə yollanırıq. Hərdən ekskursiyaya da yollanırıq. Çünki Azərbaycan çox maraqlı ölkədi. Tez həyat yoldaşlarımız, rəfiqələrimiz də bizə gəlir.
- Yəqin ki, hazırda sizə daha çox Marçin Burhardla söhbətləşmək daha asandı...
- Təkcə onunla yox. Bizim yaxşı komandamız var. Yerli və əcnəbi futbolçular arasında heç bir anlaşılmazlıq olmur. Uşaqlar PlayStation oynamağı sevirlər. Tez-tez çay, kofe içməyə toplaşırıq. Nəticədə bu və ya digər şəkildə hamımız mütəmadi söhbətləşirik.
- Azərbaycandan ilk dəfə təklif alanda təəssüratlarınız necə olmuşdu?
- Mən o vaxt bu ölkə haqda çox az şey bilirdim. Amma mənim xorvatiyalı menecerim bildirdi ki, Balkan ölkələrindən bura gələn oyunçular çoxdu və hamısı özlərini xoşbəxt hiss edirlər. Burda əsas mənfi hal kimi oyunların süni örtüklü meydançada keçirilməsini qeyd edərdim. Bəzi klubların böyük büdcəsi var. Lakin onların da hamısı təbii ot örtüyünə üstünlük vermirlər. Amma çempionat özü maraqlıdı.

- Bu ölkənin futboluna marağı artıran əsas məqamın almaniyalı Berti Foqtsun Azərbaycan yığmasını çalışdırmasını qeyd etmək olar?
- Yaxud da “Neftçi”nin Avropa Liqasındakı son uğuru. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər. Həmçinin bu yaxınlarda “Xəzər Lənkəran” klubu Con Toşakla anlaşdı. Mən hətta eşitmişəm ki, Andrey Arşavin də Azərbaycan klublarından birinə keçə bilər.

- “Simurq”un nə qədər büdcəsi var?
- Mən dəqiq rəqəm söyləyə bilmərəm. Amma fikrimcə, ilk altılıqda çıxış edən klubların büdcəsi ilə müqayisədə, biz daha geridəyik.

- Bir müddət öncə sizin Azərbaycan yığmasına çağırılacağınıza dair xəbərlər dolaşırdı. Bu məsələ nə yerdə qaldı?
- Azərbaycan vətəndaşlığını almaq bir o qədər də asan məsələ deyil. May ayında 10 ay tamam olacaq. Amma mən ümumiyyətlə bu məsələ haqda heç nə danışmaq istəmirəm.

- Polşalı olduğunuz halda Azərbaycan yığmasında çıxış etməyiniz problem olmayacaq ki?
- Mən də çox istərdim ki, məhz öz yığma komandamızı təmsil edim. Amma belə bir imkanı nə vaxt qazanacağını bilmirsən.
- Ümumiyyətlə, belə söhbətlər hardan yaranmağa başladı?
- Komandaya yaxın olan, futbolla maraqlanan çoxlu adamlarla rastlaşırıq. Onlar məndən Azərbaycan yığmasında oynamaqla bağlı soruşdular. Bu söhbətlər də belə yarandı.

- “Simurq”da qalacaqsız?
- Müqaviləmin müddəti yaya qədərdi. Yeni müqavilə təklifi almışam. Amma agentim bildirir ki, daha güclü klublardan başqa təkliflər də var. Yəni təkliflərə açığam.