15 aprel 2013 17:12
Partizan Bakıya gəlməyə razılıq verdi
Xəbər verdiyimiz kimi, Bakıda iyun ayında U-14 İBA Cup uşaq futbolu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq turnirin sonuncu iştirakçısının da adı məlum olub.
Serbiyanın “Partizan” klubu turnirdə iştirak etmək üçün paytaxtımıza gələcək. Qeyd edək ki, turnirə Rusiyanın “Rubin”, Türkiyənin “Beşiktaş”, Ukraynanın “Karpatı”, İspaniyanın “Villarreal”, İsveçin “Yurqorden” və Almaniyanın “Eintracht” klubları da qatılacaq. Turnirə “İnter” komandası ev sahibliyi edəcək.
Xatırladaq ki, turnir iyunun 17-də başlayacaq, U-14 İBA Cup yarışının püşkatma mərasimi may ayında keçiriləcək.
