15 aprel 2013 17:35
Vladimir Levin: Simurqa qarşı oynamayacağım 99 faiz dəqiqləşib
Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in müdafiəçisi Vladimir Levin Premyer Liqanın 26-cı turunun “Qarabağ”la oyununda zədələndiyi üçün oyunu sona çatdıra bilmədi. Azerisport.az saytına müsahibəsində təcrübəli futbolçu hazırkı durumundan danışıb:
“Ayağım şişib. İlkin müayinə heç nə göstərmədi. Böyük ehtimalla bir müddət oynamayacağam. “Simurq”a qarşı oynamamaq ehtimalım 99 faizdi”.
“Ayağım şişib. İlkin müayinə heç nə göstərmədi. Böyük ehtimalla bir müddət oynamayacağam. “Simurq”a qarşı oynamamaq ehtimalım 99 faizdi”.
