15 aprel 2013 17:46
Simurq İnterlə oyun öncəsi: bu gün istirahət, sabah məşq!
Topaz Premyer Liqasının növbətu turunda "İnter"in qonağı olacaq “Simurq” hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, dünən bərpaedici məşqə çıxan futbolçulara bu gün baş məşqçi Georgi Çixradze istirahət verib.
Sabahdan isə məşqlər qaldığı yerdən davam etdiriləcək. Paytaxt təmsilçisi ilə görüş öncəsi hazırda Zaqatala təmsilçisinin heyətində zədəli və cəzalı futbolçu yoxdu. "Neftçi" ilə görüşdə ayağında ağrılar hiss etdiyindən oynamayan Stepan Polyakda, artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edə ki, 27-ci tur çərçivəsində keçiriləcək "İnter" - "Simurq" oyunu aprelin 20-də "Şəfa" stadionunda keçiriləcək.
