16 aprel 2013 18:16
PFL təqvimdə dəyişiklik etdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunun təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, 22-ci turun “Qala” - “Qaradağ Lökbatan” oyunu 22 aprel 2013-cü il tarixindən 19 aprel 2013-cü il tarixinə, 23-cü turun “ Qaradağ Lökbatan” – “Şahdağ” oyunu isə 30 aprel 2013-cü il tarixinə keçirilib.
Dəyişikliyin səbəbləri barədə isə heç bir açıqlama verilmir.
