16 aprel 2013 19:07
İnter Simurqla oyuna dörd itki ilə hazırlaşır
Premyer Liqanın 26-cı turu çərçivəsində “Qarabağ”la (3:2) keçirilən səfər oyunundan sonra “İnter”in futbolçuları “Şəfa” stadionunda bərpa məşqinə çıxmışdılar. Azerisport.az xəbər verir ki, dünən də komandaya birgünlük istirahət verilmişdi.
Bu gün isə Kaxaber Sxadadzenin yetirmələri yenidən “Şəfa” stadionunda bir araya gələrək gün ərzində iki dəfə məşq ediblər. Sabah daha bir məşqin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, məşq prosesində “Qarabağ”la oyunda zədə almış Vladimir Levin iştirak etməyib. Kapitanın “Simurq”la keçiriləcək oyunda iştirakı sual altındadı. Bundna başqa, sarı vərəqə limitini keçdiklərinə görə Arif Daşdəmirov, Asif Məmmədov və Fuad Bayramov zaqatalılarla oyunda meydançaya çıxa bilməyəcəklər.
Xatırladaq ki, Azərbaycan Çempionatının 27-ci turunda keçiriləcək “İnter” - “Simurq” qarşılaşması aprelin 20-də “Şəfa” stadionunda baş tutacaq. Oyun saat 19:00-da başlayacaq.
