16 aprel 2013 11:43

“Azərbaycan çempionatı Arşavinin tək ayaqla oynayacağı qədər asan çempionat deyil”

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Andrey Arşavinin karyerasını Azərbaycanda davam etdirmək ehtimalını şərh edib. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində öncə bunları dilə gətirib:

- Azərbaycan Premyer Liqası kifayət qədər maraqlı çempionatdı. Beş-altı klub var ki, maliyyə imkanları yaxşıdı və daim çempionluq uğrunda mübarizə aparırlar. Məsələn, “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Qəbələ” daim iddialı olub. Azərbaycan çempionatının səviyyəsi şəxsən məni yaxşı mənada təəccübləndirmişdi. Məmnuniyyətlə yenidən orda çalışmaq istərdim.
 
- Əgər Arşavin də sizə zəng edib, məsləhət almaq istəsə, “get” deyərsiz?
- Hər halda dəqiq fikrindən daşındırmaram. Onsuz da Arşavini bundan sonra Rusiyada əl üstündə gəzdirən deyillər. Amma orda az qala bütün ölkə “Arşavin gəl” deyir. Əminəm ki, o, indi sevgiyə, hörmətə çox ehtiyac duyur. Bunu isə sərgilədiyin futbolla qazanmalısan. Daha model kimi getməklə yox. Azərbaycan çempionatı da asan birinciliklərdən deyil ki, bir ayaqla oynamağına imkan versinlər.
 
- Lənkəran, şəhərdəki baza yadınızda necə qalıb?
- Mənə elə gəlir ki, Lənkəran İranın yaxınlığında yerləşir. Klub əsl futbol stadionuna malikdi. Azarkeşlər bu komandanı dəlicəsinə sevirlər. Çox yaxşı azarkeşlik edirlər. Arşavin qərar qəbul edəndə başa düşməlidi ki, Lənkəran meqapolis deyil. Amma yerli mətbəx çox dadlıdı.
 
- Bəs meydançaların vəziyyəti necədi?
- Beş ballıq cədvəllə dörd verərdim. Burda süni meydançaların olduğunu eşidəndə çox təəccüblənmişdim. Hətta Bakıdakı stadionlarda da süni örtüyə rast gəlmək olur. Deyirlər ki, dəniz yaxındı, duz qazonu sıradan çıxarır. Qazonları az qala hər il dəyişirlər.
 
- Maaşları vaxtında ödəyirlər?
- Maliyyə problemi ilə tez-tez üzləşdiyim Qazaxıstandan fərqli, Azərbaycanda belə hallar demək olar ki, yoxdu. Hər şey çox dəqiqliklə həyata keçirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.