16 aprel 2013 11:56
Qarabağ Neftçi ilə oyuna tam heyətlə hazırlaşır
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Neftçi”ylə qarşılaşacaq “Qarabağ” 11 günlük fasilədən sonra yenidən “Bakcell Arena”ya səfər edir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın son turunda “İnter”i 3:2 hesabıyla məğlub edən komanda bu oyundan dərhal sonra kubok üçün hazırlığa start verib.
Ağdam klubunda zədəli futbolçuların olmaması üzləri güldürür. Branimir Subaşiç və Vaqif Cavadov da sağalaraq sıraya dönüb.
Bu gün “Qarabağ” oyunqabağı sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq. Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı aprelin 17-də keçiriləcək və 19:30-da start götürəcək.
