16 aprel 2013 13:06

Şahin Diniyev: Klublarımızı Pro maraqlandırmır

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi
 
- Məşqçi üçün Pro kateqoriyası almaq nəyi dəyişir?
- Bu, məşqçi işinin zirvəsidi. Bütün dünyada məşqçilər bu kateqoriyanı almağa çalışırlar. Çünki yalnız Proya yiyələndikdən sonra heç bir problemlə üzləşmirsən. Bu, sənin bütün çempionatlara yolunu açır. Məsələ burasındadı ki, bəzi ölkələrdə Pro kateqoriyası olmayan məşqçilərin işləməsinə imkan verilmir. Bu qayda gələcəkdə Azərbaycanda da tətbiq olunmalıdı.
 
- Bu kateqoriyanın özəllikləri nədən ibarətdi?
- Bu, adi, bir həftəlik kurs deyil. Bu kateqoriyaya sahib çıxmaq üçün bir il çalışmaq lazımdı. Bu kurslar çərçivəsində Kiyev “Dinamo”sunun, “Terek”in bazasında oldum. Çoxlu analizlər apardıq.
 
- Azərbaycanlı məşqçilərin həyatında bundan sonra nə dəyişəcək?
- Bundan sonra biz Pro kateqoriyasına malik olduğumuzu da göstərə biləcəyik. Hansı ki, bu, xarici klublar üçün əsas göstəricilərdən biridi. Özü də bu kurslar ilk dəfə idi Azərbaycanda keçirilirdi. Biz də ilk məzunlar olduğumuz üçün özümüzü pioner hesab edə bilərik.
 
- Bu kateqoriyaya malik olmadığınız dövrdə nə vaxtsa problemlə üzləşmisiz?
- Bir dəfə olub. “Terek”də çalışdığım dövrdə komandanı son turlarda meydana mən çıxarmalıydım. Rəhbərlik məni baş məşqçi kimi təsdiqləmək istəsə də, məhz lisenziyanın olmaması buna əngəl yaratdı. Özü də bu səbəbdən əksər məşqçilər sənədlərdə məhz köməkçi kimi göstərilirlər.
 
- Təqdimat mərasimi zamanı AFFA tərəfindən sizə hansısa maraq hiss etmədiniz?
- Mənim texniki direktor Bernard Lippertlə söhbətim oldu. Həmçinin AFFA-nın baş katibi Elxan Məmmədov da təbrik etdi. Axşam yeməyində də futboldan danışıq. Bu qədər.
 
- Bu qədər Pro kateqoriyası olan məşqçilərimizin olmasına baxmayaraq, onların əksəri işsizdi. Niyə?
- Yəqin ki, bizim klublar bu kateqoriyaya o qədər də ciddi önəm vermirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.