16 aprel 2013 13:14
Qəbələ və Simurq sərt cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Qəbələ” – “Bakı” matçında “Qəbələ”nin 6, “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 1 və 29-cu dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Oyundan sonra təhlükəsizlik təmin olunmadığı üçün (meydançaya azarkeş daxil olub) meydan sahibi 5000 manat cərimə olunub.
“Simurq” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
