16 aprel 2013 13:42
Birinci Divizion klublarının da cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Qaradağ Lökbatan” – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunurb.
“Neftçala” – “Şahdağ” matçının 53-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Davud Kərimi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – “Lokomotiv” matçında “Şəmkir”in 7, “Lokomotiv”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
“Şuşa” – “Tərəqqi” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Ağsu” – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Turan Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
