16 aprel 2013 14:03
AFFA-dan Simurqla Qarabağa texniki məğlubiyyət: bir klub yarışlardan kənarlaşdırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycanın aşağı yaş qrupları üzrə keçirilən ölkə çempionatlarına dair aşağıdakı qərarlar çıxarılıb.
12 aprel 2013-cü il tarixdə U-19 Liqanın “Rəvan” – “Bakı” matçının 83-cü dəqiqəsində “Bakı”nın futbolçusu Renat Ağaverdiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
8 aprel 2013-cü il tarixdə U-17 Liqanın AZAL – “İnter” matçının 70-ci dəqiqəsində “İnter”in futbolçusu Elçin Ələsgərov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 80-ci dəqiqəsində AZAL-ın futbolçusu Raqif Eyvazov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
8 aprel 2013-cü il tarixdə U-17 Liqanın “Neftçi” – “Simurq” matçında “Simurq”un iki futbolçusu Rəhman Şabanovla Ruslan Muradov cəzalı olduğu halda matçda iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
11 aprel 2013-cü il tarixdə U-16 Liqanın “Bakı 008” – “Rəvan” matçında “Bakı 008” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
9 aprel 2013-cü il tarixdə U-15 Liqanın “Əlincə” – “Bakı” matçının 70-ci dəqiqəsində “Bakı”nın futbolçusu Kamran Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 72-ci dəqiqəsində “Əlincə”nin futbolçusu Elçin Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
10 aprel 2013-cü il tarixdə U-14 Liqanın “Bakı” – “Qarabağ” matçının 41-ci dəqiqəsində “Qarabağ” meydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
14 aprel 2013-cü il tarixdə U-14 Liqanın “Neftçi” İSM – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Neftçi” İSM klubunun futbolçusu Seymur Həmidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
6 aprel 2013-cü il tarixdə U-13 Liqanın ROİL – “Sərhədçi” matçında “Sərhədçi” klubu iştirak etmədiyi və bu hal üçüncü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.
6 aprel 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qaradağ” – “İsmayıllı” matçında “İsmayıllı” meydançanı tərk edərək oyunu davam etdirmədiyi üşün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
14 aprel 2013-cü il tarixdə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bayıl Rovers” – “İsmayıllı” matçının 63-cü dəqiqəsində “Bayıl Rovers”in futbolçusu Stuard Hamsir idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 68-ci dəqiqəsində “Bayıl Rovers”in futbolçusu Qranar Hancok aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb. Oyunun 77-ci dəqiqəsində “Bayıl Rovers”in futbolçusu Murran Onil aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
5 aprel 2013-cü il tarixdə U-15 Liqanın “Neftçi” – “Əlincə” matçının 64-cü dəqiqəsində “Əlincə”nin futbolçusu Oruc İsmayılov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
