17 aprel 2013 01:06
Bakı Xəzər Lənkəran ilə oyunun hazırlıqlarını yekunlaşdırdı
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk qarşılşamasında "Xəzər Lənkəran"ı qəbul edəcək "Bakı" bu məsuliyyətli oyuna hazırlıqlarını başa vurub. Azerisport.az xəbər verir ki, "Bakı" futbol klubunun təlim-məşq bazasında baş tutan məşqə tam heyətlə qatılan futbolçular əsasən, taktiki çalışmalar üzərində çalışıblar.
Baş məşqi Bojidar Bandoviçin rəhbərliyi altında iki qrupa bölünən komanda son məşqi ruh yüksəkliyi ilə başa vuraraq oyunun başlama saatını gözləyir.
Yüngül zədəsi olan Xaviyer Juniorun sıraya qayıtması yaxşı xəbərlər arasındadı. Eyni zamanda Uinston Parksın da bərpa dövrünü başa vurmaqda olduğunu əlavə edək. Parks gələn həftədən etibarən topla məşğələlərə başlayacaq.
