18 aprel 2013 02:05
Almaniya Kuboku: Bayern altı, Stutgart 2 qolla finalda (YENİLƏNİB)
Futbol üzrə Almaniya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Bundesliqada vaxtından öncə çempionluğunu rəsmiləşdirmiş “Bayern” doğma meydanda “Wolfsburg”la münasibətlərinə aydınlıq gətirib. Münhen klubu 6 qolla qalib gələrək, ilk finalçı olub.
İkinci oyun günündə isə “Stuttgart”la “Freiburg” qarşılaşıb. Bu görüşdə də meydan sahibləri qələbə qazanıblar və finala yüksəliblər.
Beləliklə, Almaniya Kubokunun finalında "Stutgart"la "Bayern" üz-üzə gələcək.
Almaniya Kuboku
Yarımfinal
16 aprel
Bayern – Wolfsburg – 6:1
17 aprel
Stuttgart - Freiburg - 2:1
