16 aprel 2013 14:25
Neftçi - Qarabağ matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçının biletləri artıq satışdadı. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər biletləri “Bakcell” Arenanın kassalarından ala bilərlər.
VİP sektorlara biletlərin qiyməti 5, digər biletlər isə 1 manatdır."Neftçi" və "Bakcell" Arenanın rəhbərliyi tərəfindən "Qarabağ" klubu azarkeşlərinin stadiona rahat daxil ola bilməsi üçün xüsusi kassalar ayrılıb.
Qeyd edək ki, “Neftçi” - “Qarabağ” qarşılaşması sabah keçiriləcək və saat 19:30-da başlayacaq.
