18 aprel 2013 02:40
Fransa Kuboku: Yarımfinalçılar bəlli oldu, PSG mübarizəni dayandırdı (YENİLƏNİB)
Futbol üzrə Fransa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Troyes” doğma divarlar arasında “Nancy” üzərində qazandığı üç cavabsız qollu qələbə sayəsində yarımfinala yüksəlib. Səfərdə “Saint-Etienne” ilə qarşılaşan “Lorient” da adını ən güclü dörd klub arasına yazdırmağı bacarıb.
İkinci oyun günündə isə “Lens” “Bordeaux”, “Evian” PSG ilə qarşılaşıb. "Bordeaux" və "Evian" yarımfinala yüksələn tərəf olub.
Fransa Kuboku
1/4 final
16 aprel
Troyes – Nancy – 3:0
Saint-Etienne – Lorient – 1:2
17 aprel
Lens - Bordeaux - 2:3
Evian - PSG - 1:1 (penaltilərlə 4:1)
