16 aprel 2013 14:31
Xəzər Lənkəran Bakı ilə oyuna üç ciddi itki ilə çıxacaq
“Xəzər Lənkəran” ölkə kubokunun ilk yarımfinal oyununda qarşılaşacağı “Bakı”nın bazasında məşqə çıxıb. Azerisport.az xəbər verir ki, səhər saatlarında başlayan son məşq isinmə hərəkətləri ilə başlayıb.
Davamında futbolçular taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər. Zədəli futbolçu Alvaro Silva bərpa məşqlərini fərdi olaraq davam etdirir. Elnur Abdullayev isə cəzalı durumda olduğundan “Bakı” ilə qarşılaşmanın ilk görüşünü buraxmalı olacaqsa, hərbi xidmətdə olan Ağabala Ramazanovun xidmətindən də məşqçilər korpusu yararlana bilməyəcək.
Bütün bunlara baxmayaraq, komandada əhval ruhiyyə yüksək səviyyədədir və futbolçular Lənkərana sərfəli nəticə ilə dönməyi qarşıya məqsəd qoyublar.
