16 aprel 2013 14:52
Qurban Qurbanov: Neftçi və İnter üzərində qələbələrə görə eyforiyaya qapılmaq lazım deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- Sabah sizi “Neftçi” ilə daha bir oyun gözləyir. Amma bu dəfə ölkə kubokunda...
- Bizə yaxşı tanış olan rəqiblə növbəti görüşə çıxacağıq. Fikrimcə, hamını çox maraqlı futbol gözləyir. Rəqibdən daha güclü oyun gözləyirəm. Onların heyətində Bruno Bertuççi artıq sıraya dönüb. Bizə çətin olacaq. Lakin biz də hər şeyə hazır olmalıyıq.
- Komandada vəziyyət necədi?
- Vaqif Cavadovla Branimir Subaşiç demək olar ki, hazırdılar. Amma Qara Qarayev sarı vərəqə limiti üzündən bu görüşü buraxmalı olacaq.

- Premyer Liqa və Azərbaycan Kuboku artıq sona yaxınlaşır. Sizin üçün hansı turnir daha çox önəm kəsb edir?
- Bizim üçün hər iki turnir vacibdi. Hər ikisində uğur qazanmaq istəyirik.

- Amma hər halda Premyer Liqa daha prestijli turnirdi...
- Bizə kim indidən zəmanət verə bilər ki, Premyer Liqanı birinci pillədə başa vuracağıq? Hələ heç nə bəlli deyil. Hər iki turnirdə şansımız var. Bu şansımızı sona qədər sınayacağıq.
- İlk oyunun səfərdə keçiriləcəyini nəzərə alsaq, sizi hansı nəticə qane edəcək?
- Əlbəttə, ilk oyundan qalib ayrılmaq istərdik. Amma heç-heçə və minimal hesablı məğlubiyyət də pis nəticə sayılmamalıdı. Ən azından qol buraxmamalıyıq.

- “Neftçi” ilə son oyunun ardından baş verənləri necə qarşıladınız?
- Fikrimcə, bizim “Neftçi” üzərində ardıcıl üç qələbəmiz həddən çox şişirdilir. Ən azından ona görə ki, hətta buna baxmayaraq, onlar yenə də Premyer Liqanın lideridilər. Oyundan sonrakı söhbətlərə gəlincə, mən bunlara önəm vermirəm. Əlbəttə, məğlubiyyəti mən də sevmirəm. Amma aqressivlik üçün də heç bir əsas görmürəm.

- “İnter” və “Neftçi” üzərindəki qələbələr sizin çempionluq şanslarınızın daha çox olmasından xəbər vermir ki?
- Əlbəttə, çempion olmağı çox istəyirik. Mövsümün sonuna cəmi altı tur qalıb. “Neftçi” hazırda bizi üç xal qabaqlayır. Fikrimcə, bu, az üstünlük deyil. “İnter”i də hesabdan silmək olmaz. Əsas rəqiblərimiz üzərindəki qələbələrə görə eyforiyaya qapılmaq lazım deyil. Uğur qazanmaq üçün digər oyunlarımızı da qalib başa vurmalıyıq.