16 aprel 2013 15:27
Con Toşak Xəzər Lənkərana “oğlunu” gətirib (FOTO)
Məlum olduğu kimi, bu günlərdə “Xəzər Lənkəran”da yeni məşqçi təyinatı rəsmiləşdi. Azerisport.az xəbər verir ki, baş məşqçisi Con Toşak Aleksis Plazanı öz korpusuna daxil etdi. Lakin bu təyinat qısa bir zamanda sensasiyaya çevrildi.
Belə ki, İspaniya mətbuatı Plazanın anasının Toşakla nigahda olduğunu yazıb. Aleksis 2010-cu ildə “Barcelona”nın prezident seçkiləri zamanı namizəd olub. Seçkiqabağı təbliğatla əlaqədar keçirdiyi mətbuat konfransına Plazanın anasıyla birgə Con Toşak da qatılıb. Bununla bağlı İspaniya mətbuatında şəkil də yayılıb.
