16 aprel 2013 15:47
Azərbaycan yığmasının sabiq üzvü karyerasını bitirməyə hazırlaşır
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Emin İmaməliyev karyerasını bitirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, futbolçu hazırda müqavilə ilə “Qarabağ” komandasına məxsusdur.
Lakin o, bu komandanın oyunlarında forma geymək şansı qazanmır. Bu üzdən də təcrübəli yarımmüdafiəçi futboldan getməyə qərar verib.
Qeyd edək ki, “Şəfa”, “Bakı” və “İnter” kimi klublarda çıxış etmiş 33 yaşlı futbolçu vaxtilə ölkənin ən güclü yarımmüdafiəçilərindən biri sayılırdı.
Emin İmaməliyevin bundan sonra məşqçilik fəaliyyətinə başlaması gözlənilir.
