16 aprel 2013 16:25

Toşak üçün növbəti debüt

Sabah Azərbaycan kubokunun ilk yarımfinal oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” “Bakı”nın qonağı olacaq. Bu görüş klubların ümumilikdə 32-ci qarşılaşması kimi tarixə düşəcək.
 
9 ildi davam edən rəqabətdə qələbə sayında paytaxt futbolçuları üstündü. Onlar 11, cənublular isə 8 dəfə meydanı qalib kimi tərk edib. Digər 12 görüşdə qalib müəyyənləşməyib. Ümumi top fərqində isə 31 qol vuran XL 29 dəfə qapısında qol görüb.
 
Əvvəlki matçlardan 24-ü çempionat, 7-si kubok çərçivəsində olub. Kubokda paytaxt təmsilçisi 4, XL 2 qələbəyə sevinib və 1 dəfə “sülh”lə ayrılıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir – 8:7. Lakin bu 7 matçı özündə birləşdirən 4 dueldə hər komanda 2 dəfə qalib olub. 2006/07 və 2008/09 mövsümlərində duellər ¼ finala təsadüf edib. Əvvəl “Xəzər Lənkəran” (2:0 və 0:1) 2 il sonra isə bakılılar (0:1, 2:2) mərhələ adlayıb. 2009/10 mövsümündə finalda 1:2 hesabı ilə uduzan XL növbəti il rəqibini dayandıra bilib. Həmin – 2 il əvvəlki duel indiki kimi yarımfinala təsadüf edib. Onda XL səfər qolu ilə (1:0 və 1:2) mərhələ adlayaraq sonda 3-cü dəfə kubokun sahibi olub.
 
Son 3 ildə kuboku qazanan komandaların (2009/10 və 2011/12 mövsümlərində “Bakı”, 2010/11-də “Xəzər Lənkəran”) qarşılaşması “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. Komandanı 3 çempionat matçına çıxaran uelsli mütəxəssis 2 il əvvəl yarımfinalda “Bakı”nı udmaqla qazanılan kuboku yenidən Lənkərana gətirmək üçün daha 1 addımın atılmasına çalışacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.