16 aprel 2013 17:25
Yunis Hüseynov: Görünür mən 15 il Neftçidə oynamamışam, 10 il bu komandanın kapitanı olmamışam
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Avropanın tanınmış veteran futbolçularına qarşı keçiriləcək yoldaşlıq görüşünə dəvət olunmayıb. Azerisport.az saytına müsahibəsində bunu veteran futbolçu özü bəyan edib:
“Niyə çağırılmadığımı mən də bilmirəm. Sadəcə jurnalistlərdən eşidirəm ki, mayın 1-də Bakıda belə bir oyun olacaq. Görünür mən veteranlara lazım deyiləm. Ya da 15 il “Neftçi”də oynamamışam, 10 il bu komandanın kapitanı olmamışam. Təbii ki, belə bir oyuna çağırılmamağım üzücüdü. Hər halda biz də futbol oynamağı bacarırıq. İstənilən halda təşkilatçılara uğurlar və gözəl futbol olmasını arzulayıram”.