16 aprel 2013 17:44

“Qoy rəqiblərimiz bizdən qorxsun”

Topaz Premyer Liqasının 26-cı turunda "Kəpəz”lə qarşılaşan "Rəvan”da bir neçə yubiley qeyd olundu. Azerisport.az xəbər verir ki, bunlardan biri də komandanın kapitanı Tural Axundovun Premyer Liqada "Rəvan” forması ilə 50-ci görüşünə çıxması oldu.
 
Bu baxımdan "8” nömrə ilə söhbət zəruri idi. Tural klubun rəsmi saytına açıqlamalarında bir sıra maraqlı məqamlara toxunub.
 
- Komandada vəziyyət, ab-hava necədir?
- Şükürlər olsun ki, hər şey yaxşıdır. Vəziyyətimiz çox gözəldir. Düşərgədə əla ab-hava hökm sürür. Artıq növbəti oyuna hazırlığa start vermişik.
 
- AZAL ilə oyuna hazırlıq necə keçir?
- Hər şey qaydasındadır. Şənbə və bazar günləri istirahət etdikdən sonra həftənin I günündən məşqlərə başlamışıq. Bütün diqqətimizi məhz AZAL ilə matça yönəltmişik. Məşqçilər də hazırlıq planını elə qurub ki, çox yüklənmə olmasın. Əsas oyun vaxtı sona qədər mübarizə aparıb, meydanda can qoymaqdı. Məncə, son aylarda bu baxımdan problem yaşamırıq. Uşaqlar meydanda bacardıqlarının ən yaxşısını sərgiləməyə çalışır.
 
- Şüvəlandakı matçda qələbə seriyasının davamını gətirə biləcəksiz?
- İnşallah, ordan da 3 xalla ayrılmaq istəyirik. Ümumiyyətlə, qələbə seriyasını maksimum dərəcədə uzatmaq lazımdır. Bu amil komandada özünəəminliyə birbaşa təsir edir. Qoy rəqiblər bizdən qorxsun (gülür).
 
- "Rəvan”ın kapitanı kimi Lənkərandakı kubok matçında debüt etdin. Siftə uğursuz olsa da, çempionatda komandanı sən meydana çıxaranda xal itirmirik...
- Ola bilsin, ayağım düşərlidir (gülür). Məncə, komandada kimliyindən asılı olmayaraq kapitan yerli futbolçu olsa, daha yaxşı olar. Çünki o, meydanda baş verənlərə birbaşa təsir edə bilir, hakimlə tez-tez ünsiyyətdə olur, baş məşqçinin təlimatlarını meydanda futbolçulara aşılayır. Bir sözlə, baş məşqçinin sağ əli olur. Əvvəllər heç vaxt kapitan olmadığımdan indiki duruma çox həssas yanaşıram. Bu, üzərimdə əlavə məsuliyyət yaradan funksiyadır. Çalışıram ki, həm meydanda, həm də ondan kənardakı hərəkətlərimlə komanda yoldaşlarıma nümunə olum.
 
- "Kəpəz”lə oyunda "Rəvan” forması ilə Premyer Liqada 50-ci oyuna çıxdın, yubiley qeyd etdin. Bu haqda fikirlərini bilmək maraqlı olardı...
- Çox sevindirici məqamdır. Ümid edirəm ki, bu rəqəm hələ çox artacaq. 50 150, 250 olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.