16 aprel 2013 17:56
Oqtay Abdullayev: Yunis Hüseynov kökəlib
Azərbaycan Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev Yunis Hüseynovun Avropanın veteran futbolçularına qarşı keçiriləcək yoldaşlıq matçına çağırılmamasına dair şikayətlərinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Öncə onu deyim ki, mən hələ rəsmi olaraq heç kimə təklif göndərməmişəm. Digər tərəfdən Yunis Hüseynovun məni günahlandırmağa haqqı yoxdu. Mən onu bir neçə dəfə komandamızın məşqlərinə dəvət etmişəm. Amma gəlməyib. Bu yaxınlarda onu gördüm və üzünə də dedim ki, “kökəlmisən, məşqlərə gəl”. Lakin yenə də sözlərimə əhəmiyyət vermədi”.