17 aprel 2013 18:26
Yağmurlu məşq (FOTO)
Topaz Premyer Liqasında ardıcıl 4 qələbə qazanan "Rəvan” final mərhələsinin ilk dövrəsinin son turuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, 27-ci tur çərçivəsində AZAL-ın qonağı olacaq komanda matça ciddi hazırlaşır. Gündə 1 dəfə olmaqla keçirilən məşqlər "Bayıl Arena”da reallaşır.
Bu gün növbəti məşq baş tutub. Havanın yağmurlu olmasına baxmayaraq, futbolçuların səylə çalışmaları xüsusi vurğulanmalıdı. Təxminən saat yarım davam edən məşqdə baş məşqçi Ramil Əliyev əsasən toplu çalışmalara üstünlük verib, yetirmələrinin qapıya zərbələr və standart vəziyyətlər üzərində işləməsini istəyib.
Komanda sabah oyunöncəsi son məşqini edəcək. Belə ki, Şüvəlandakı "AZAL Arena”da keçiriləcək oyun aprelin 19-da, yəni həftənin cümə günü baş tutacaq.
