17 aprel 2013 18:44
Xəzər Lənkəran azarkeşləri ilə Kamran Ağayev arasında qalmaqal
Futbol üzrə Azərbaycan Kubokunun “Bakı” – “Xəzər Lənkəran” oyunundan sonra qalmaqal düşüb. Azerisport.az xəbər verir ki, qonaqların fanatları hazırda meydan sahiblərinin şərəfini qoruyan keçmiş qapıçıların Kamran Ağayevin ünvanına bəzi xoşagəlməz şüarlar səsləndiriblər.
Təbii ki, onların bu təhqirləri yığmamızın qapıçısına xoş gəlməyib. Bu üzdən də Ağayev onlara tərəf gedərək hər biri ili kişi kimi söhbət etməyə hazır olduğunu bəyan edib.
Bu mübahisəyə “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev müdaxilə edib. O, Kamran Ağayevlə nəyisə ayırd etməyə çalışsa da, komanda yoldaşları söhbətin böyüməsinə imkan verməyiblər.
