17 aprel 2013 18:57

Seriyaya son qoymaq arzusu

"Rəvan” Topaz Premyer Liqasının 27-ci turunda səfərdə AZAL ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, aprelin 19-da "AZAL Arena”da keçiriləcək oyun ərəfəsində statistik məqamlara toxunmaq yerinə düşərdi. Görək rəqəmlər nə deyir?
 
Hazırda ikinci "altılıq”da ilk 2 pilləni tutan komandalar indiyə qədər öz aralarında 6 dəfə qarşılaşıb. Bu matçlarda “Rəvan” 4 dəfə qələbə qazanıbsa, cəmi 1 halda meydanı xalsız tərk edib. O da cari mövsümün AZAL ilə ilk səfər oyununa təsadüf edib. Deməli, “aslanlar” həm bu məğlubiyyətin əvəzini çıxmaq, həm də qələbə yürüşünü davam etdirmək imkanına malikdi. “Rəvan” evdə keçirdiyi bütün oyunlarda üstələdiyi AZAL ilə son 2 səfər matçında 3 xal qazana bilməyib. Başqa sözlə, “Rəvan” bunun seriya xarakteri almasını əngəlləməlidi. Yeri gəlmişkən, top fərqində də “Rəvan” bu rəqibindən öndədi – 10:6.

Onu da qeyd edək ki, ardıcıl 4 qələbə qazanmış “Rəvan” səfərdəki son 3 matçından 2-də meydanı 3 xalla tərk edib. 6 oyundu uduzmayan AZAL isə son 3 ev qarşılaşmasında qalib gəlib. Deməli, seriyalardan biri mütləq qırılacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.