17 aprel 2013 19:07
Con Toşak: Bandoviçin yerinə olsaydım 1:0 hesabına üzülərdim
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Azərbaycan Kubokunun “Bakı”ya qarşı keçirilmiş ilk yarımfinal matçını şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamın oyunu məni məyus etdi. Cütün taleyi ilk oyunda həll ola bilərdi. Yaxşı oynamadıq, hesab 0:3 də ola bilərdi. Rəqib komandanın məşqçisinin yerinə olsaydım 1:0 hesabına üzülərdim. İlk hissədə nizamlı oynasaq da, ikinci hissədə yorğunluq öz sözünü dedi. Qapıçımız Orxan Sadıqlının oyunu bizi böyük hesablı məğlubiyyətdən xilas etdi. Rəqib qapısına doğru çərçivəyə düşən zərbəmiz, demək olar ki, olmadı. 0:1 hesabı ilə məğlub olsaq da, cavab oyununda mərhələ keçəcəyimizə ümidimiz var”.
