17 aprel 2013 22:00
Qurban Qurbanov: Çalışacağıq ki, belə səhvlər buraxmayaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun “Neftçi”yə qarşı keçirilmiş ilk yarımfinal matçını şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna ciddi hazırlaşmışdıq. Bütün xırdalıqlara fikir vermişdik. Oyun istədiyimiz kimi gedirdi. Son dəqiqələrdə ikinci qolu buraxmaq istəməzdik. Cavab oyununa və Premyer Liqadakı növbəti oyunumuza hazırlaşacağıq. Çalışacağıq ki, belə səhvlər buraxmayaq”.
