17 aprel 2013 22:15
Böyükağa Hacıyev: Əsas odur ki, Qarabağla oyunlardakı sindromunu sındıra bildik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun “Qarabağ”a qarşı keçirilmiş ilk yarımfinal matçını şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda bir-birinə layiq rəqibdir. Kubok oyunu üçün belə hesab “sürüşkən”dir. Cavab qarşılaşmasında bu qələbənin ardını gətirməyə çalışacağıq. Əsas odur ki, “Qarabağ”la oyunlarda olan üç oyunluq məğlubiyyət sindromunu sındıra bildik. Oyun qrafiki sıx olsa da, qarşıdakı “Qəbələ” ilə oyunda da qalib gəlib, psixoloji səddi aşmağa çalışacağıq”.
