17 aprel 2013 22:20
Neftçi azarkeşləri Qarabağla oyundan sonra həbs olundular
“Neftçi”nin bir qrup azarkeşi Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”la ilk oyundan sonra həbs olunub. Azerisport.az xəbər verir ki, buna onların son saniyələrdə Bahodir Nasimovun vurduğu qələbə qolunu coşqulu şəkildə bayram etməsi səbəb olub.
Bu zaman tam bəlli olmayan səbəblər üzündən meydan sahiblərinin fanatları ilə polislər arasında mübahisə yaranıb. Məhz bu mübahisənin yekununda bir qrup “Neftçi” azarkeşi polis bölməsinə aparılıb.
