17 aprel 2013 22:50
Böyükağa Hacıyev: Mənə verilən cəza Berti Foqts barədə dediklərimə görədi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 25-ci turunun “Qarabağ”la oyunundan sonra AFFA tərəfindən 10 oyunluq cəzalanmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı bunları dilə gətirib:
“Belə cəzanı hələ heç kim almayıb. Mən heç kimi vurmamışam. Yaxud da Fatih Terimin etdiyi kimi davranmamışam. Elə isə məni niyə cəzalandırıblar? Bu, çox güman ki, Berti Foqts barədə dediyim sözlərə görədi. Mən hələ özüm təzyiq altındayam. Odu ki, futbolçuların üç məğlubiyyətdən sonra təzyiq altında olması normaldı. Bu həftə Apelyasiya Komitəsinin iclası olacaq. Əgər mən haqlı deyiləmsə, Azərbaycan futbolundan getməyə hazıram”.