17 aprel 2013 11:32
Nikolas Kanales: İlk matçda Qarabağa daha çox qol vurmalıyıq
“Neftçi”nin hücumçusu Nikolas Kanalesin azerisport.az saytına müsahibəsi
- “Qarabağ”la qarşıdakı oyun haqda nə düşünürsüz?
- Əvvəlkilər kimi, çətin oyun olacaq. Lakin fikrimcə yenidən bu komanda ilə oynamaq maraqlı olmalıdı. Bu dəfə “Qarabağ”a qalib gəlməyə çalışacağıq.

- Son oyunun ardından baş verənləri nəzərə alsaq, yəqin ki, “Neftçi” bu görüşə ciddi köklənib...
- Siz bunu heç təsəvvür də edə bilməzsiz. Bu oyunu Azərbaycan Kubokunun erkən finalı da adlandırmaq olar. Çünki məhz bu görüşün qalibi finalda favorit olacaq.
- “Qarabağ”a son üç oyunda məğlub olmağınızın psixoloji cəhətdən mənfi təsir göstərmək ehtimalı nə dərəcədədi?
- Bizim revanş arzumuz çox böyükdü. Əlbəttə, bütün oyunlarımız vacibdi. Amma bu oyuna xüsusi hazırlaşmışıq.

- İlk oyunda komandanızı hansı nəticə qane edəcək?
- Əsas odu ki, qol buraxmadan qalib gələk.

- Deməli, 1:0 da sizi qane edəcək?
- “Qarabağ”a daha çox qol vursaydıq, lap yaxşı olardı. Çünki cavab oyunu onların meydanında keçiriləcək.

- Son beş oyunda cəmi bir qol vura bilmisiz. Niyə?
- İlk altılıq oyunlarında qol vurmaq o qədər də asan deyil. Hər tur çox güclü klublara qarşı mübarizə aparmalı oluruq. Mən burda başqa hansısa səbəb görmürəm. Lakin bununla az qol vurmağıma bəraət qazandırmaq istəmirəm.

- AZAL-da çıxış edən Franko Nildonun hesabında artıq 14 qol var var. Nəzərə alsaq ki, onun komandası zəif komandalarla qarşılaşır və daha çox qol vurmaq şansı var, bombardir ola bilməyəcəyinizdən ehtiyatlanmırsız ki?
- Təbii ki, indi onun üçün qol vurmaq daha asandı. Çünki komandaların səviyyəsi bir qədər aşağıdı. Nildonun lider olmaq şansı var. Mənim üçün isə komandamın çempion olması daha vacibdi. Lakin eyni zamanda burdakı ilk mövsümümü bombardir kimi başa vurmağıma da çox sevinərəm.