17 aprel 2013 11:58
Millimizin futbolçusu məşqə çıxmaqdan imtina etdi
Türkiyənin “Eskişehirspor” klubunda qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, komandanın üzvləri ötən gün məşqə çıxmaqdan imtina ediblər.
Buna səbəb maaşların gecikdirilməsidi. Maraq üçün qeyd edək ki, buna etiraz edənlər arasında Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak da olub.
Sonda onu da bildirək ki, “Eskişehirspor”u bu gün ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fenerbahçe” ilə görüş gözləyir.
