18 aprel 2013 00:47

Yenə qalmaqal və ya cavab oyunlarına bərabər şanslarla!

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verildi. Azerisport.az xəbər verir ki, ilk qarşılaşmaların hər ikisi eyni gündə ğaş tutdu.
 
Öncə meydana Premyer Liqanın iddiasızları – “Bakı” və “Xəzər Lənkəran” çıxdı. Məlum olduğu kimi, bu komandaların çempionatda heç bir iddiası qalmayıb. Bu üzdən də hər iki klub Avropaya vəsiqəni yalnız kubok vasisətilə qazana bilər. Düzdü, “zolaqlılar”ın Premyer Liqada nəzəri şansları qalsa da, bu, reallıqdan çox nağıla bənzəyir. Bu səbəbdən hər iki komanda bütün gücünü sərf edərək, ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaqdı.
 
İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunda hesab 82-ci dəqiqədə açıldı. Cərimə meydançasında Marçin Orsuliç Aleksandr Şoliçi yıxdı. Nəticədə baş hakim Vüsal Əliyev “Xəzər Lənkəran”ın qapısına penalti təyin etdi. Topa yaxınlaşan Marius Penanın zərbəsi dəqiq oldu. Beləcə, “Bakı” ilk oyundan 1:0 hesablı qələbə ilə ayrıldı və cavab görüşü öncəsi cüzi də olsa, üstünlük qazandı. Amma şübhəsiz ki, cavab görüşü bu komanda üçün çox çətin keçəcək. Ən azı ona görə ki, cənublular doğma meydan və güclü azarkeş dəstəyindən yararlanaraq, bu məğlubiyyətin əvəzini çıxmağa nail ola bilər.

İkinci qarşılaşmada isə Premyer Liqada çempionluq uğrunda mübarizə aparan iki komanda – “Neftçi” ikə “Qarabağ” üz-üzə gəldi. Bu oyun “ağ-qaralar” üçün daha prinsipial əhəmiyyət daşıyırdı. Çünki Böyükağa Hacıyevin komandası cari mövsüm çempionatda “Qarabağ”a üç dəfə uduzmuşdu. Eyni zamanda, bu komandalar arasında son qarşılaşma qalmaqalla yadda qalmışdı. “Neftçi” bu dəfə çempionluq yolundakı əsas rəqibindən qisas almaq istəyirdi.

Bu oyunda da ilk yarı qolsuz bərabərliklə başa çatdı. Hesabı isə 55-ci dəqiqədə Vüqar Nadirov möhtəşəm zərbə ilə açdı. Bundan sonra özünə gələn “Neftçi” irəli atıldı və 63-cü dəqiqədə penalti qazandı. Flavinyoya qarşı cərimə meydançasındakı kobudluğu Anar Salmanov bir qədər şübhəli 11 metrlik cərimə zərbəsi ilə dəyərləndirdi. Topa yaxınlaşan Araz Abdullayevin zərbəsi dəqiq oldu.  Azərbaycan derbisindəki son nöqtəni isə Bahodir Nasimov qoydu. Zədə üzündən mövsümü boşa verən Premyer Liqanın ötən ilki bombardiri meydana çıxdıqdan bir neçə dəqiqə sonra komandasına qələbə qazandıran qola imza atdı – 2:1. Amma “Bakı” kimi, “Neftçi” də cavab oyunu öncəsi böyük üstünlük qazanmayıb. Hər halda Ağdam klubu səfər matçında vurduğu bir qoldan maksimum yararlanmaqla növbəti mərhələyə çıxa bilər.
 
Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 24-də keçiriləcək.
 
Azərbaycan Kuboku
1/2 final (ilk oyunlar)
17 aprel
 
Bakı – Xəzər Lənkəran 1:0 (0:0)
Qol: Marius Pena, 82-pen.
Bakı: 1. Kamran Ağayev, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauskis (28. Ferdi Elmas, 48), 10. Mario Lukas Horvat, 11. Elvin Məmmədov (k), 14. Elvin Əliyev, 24. Marius Pena, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 77. Aleksandr Soliç (5. Aqil Nəbiyev, 90), 88. Cavid Hüseynov (22. Risto Ristoviç, 73).
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 2. Edemir Rodriges, 23. Rauf Əliyev, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Bojidar Bandoviç.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev (k), 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit (35. Lusiano Olguin, 59), 21. Radomir Todorov, 24. Gökhan Güleç (6. Robert Alviz,  46), 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov (9. Uğur Pamuk, 50), 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Toni Doblas, 7. Sadio Tounkara, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı.
Baş məşqçi: Con Toşak.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 63 (qeyri-idman hərəkəti) – Robert Alviz, 47 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 48 (hakimə etiraz). Marin Orsuliç, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Ramiz Əsədov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Murad Məmmədov.
“Bakı”nın təlim-məşq bazasının stadionu. 1600 tamaşaçı.
 
Neftçi – Qarabağ - 2:1 (0:0)
Qollar: Araz Abdullayev, 63-pen. Bahodir Nasimov, 90 - Vüqar Badirov, 55.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay (14. Bahodir Nasimov, 87), 11. Nikolas Kanales (19. Mirhüseyn Seyidov, 90+3), 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 16. Bruno Bertuççi, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qarabağ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (88. Kristian Torres, 85), 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 17. Vüqar Nadirov (22. Əfran İsmaylıov, 72), 20. Riçard Almeyda, 21. Reynaldo Silva (10. Muarem Muarem, 78), 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 89. Miro Vardoviç, 18. İlqar Qurbanov, 32. Toğrul Bilallı, 55 Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Denis Silva Kruz, 47 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Araz Abdullayev, 66 (qeyri-idman hərəkəti), Julius Vobay, 75 (qeyri-idman hərəkəti) - Emeka Opara, 64 (qeyri-idman hərəkəti), Vüqar Nadirov, 69 (qeyri-idman hərəkəti).
Hakimlər: Anar Salmanov, Namiq Hüseynov, Mübariz Haşımov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bakcell Arena”. 1000 tamaşaçı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.