17 aprel 2013 13:28
Fomenko Ukrayna mətbuatının diqqət mərkəzində
“İnter”in ukraynalı hücumçusu Yuri Fomenko öz ölkəsinin mətbuatı tərəfindən də diqqət mərkəzində saxlanılır. Azerisport.az xəbər verir ki, Ukraynanın sport.ua saytı onun haqqında bunları yazıb:
"Azərbaycan Premyer Liqasında çıxış edən "Qellios"(Xarkov) klubunun sabiq hücumçusu Yuri Fomenkonun işləri pis getmir. Hazırda futbolçumuz Azərbaycanın ən iddialı komandalarından olan "İnter"in formasını geyinir. Hücumçu bu kluba qış transfer pəncərəsində Cənubi Qafqaz ölkəsinin ortabab klublarından sayılan "Kəpəz"dən keçmişdi.
Hazırda Azərbaycan çempionatında pley-off mərhələsinin görüşləri keçirilir və bütün klublar iki qrupa bölünüb. Bakının "İnter" klubu 1-6-cı yerlər uğrunda mübarizə aparır və final mərhələsinin 4 turundan sonra bu komanda 47 xalla 3-cü pillədədi. Həlledici mərhələnin 4-cü turunda "bankirlər" səfərdə əsas rəqiblərindən biri olan "Qarabağ" klubuna 2:3 hesabıyla məğlub oldular. Bu matçda da fərqlənən Fomenko final mərhələsində vurduğu qolların sayını 3-ə çatdırdı və bu nəticəylə hücumçu "Qarabağ" klubunun braziliyalı futbolçusu Riçardla birgə pley-offun ən sərrast futbolçular siyahısına başçılıq edir. Hər iki oyunçunun aktivində 3 qol var".
