18 aprel 2013 01:09
Futbolçularımız oynamadı, Sivasspor qələbə qazandı, Eskişehirspor heç-heçə etdi
Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.
“Sivasspor” doğma meydanda “Trabzonspor” üzərində qələbəyə sevinib və cavab görüşü öncəsi müəyyən üstünlük qazanıb. Sivas klubunun şərəfini qoruyan Azərbaycan yığmasının forvardı Cihan Özkara bu oyunda forma geyməyib.
“Eskişehirspor” isə “Fenerbahce” ilə qarşılaşıb və heç-heçəyə razılaşıb. Əskişəhər klubunun üzvü, millimizin müdafiəçisi Ufuk Budak bu görüşün iştirakçıs olmayıb.
Türkiyə Kuboku
Yarımfinal (ilk oyunlar)
17 aprel
Sivasspor – Trabzonspor – 2:1
Eskişehirspor – Fenerbahce – 1:1
